Ermənistanda aksiya keçirilir

Ermənistanda aksiya keçirilir

Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası keçirilir.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Parakar icma sədrliyinə namizəd Volodya Qriqoryanın tərəfdarları Baş nazir Nikol Paşinyan, müdafiə naziri Suren Papikyan, həmçinin əmək və sosial məsələlər naziri Narek Mkrtçyanla görüş tələb edirlər.

Etirazçılar seçkilərdə saxtakarlığın olduğunu iddia edirlər. Onlar bildiriblər ki, N.Paşinyan kimi V.Qriqoryan da xalqın səsini qazanıb və seçkilərdə qalib gəlməlidir.

Bu gün səhər Ermənistanın Armavir vilayətinin Parakar icmasında son yerli seçkilərlə əlaqədar vəziyyət gərginləşib. Səsvermə nəticəsində insident yaranıb – “Yaşamaq üçün ölkə” partiyasının nümayəndəsi Volodya Qriqoryan qalib gəldiyini bəyan edib. Eyniadlı blokun lideri David Minasyan isə bu bəyanatı təkzib edib.

Nəticədə hər iki namizəd tərəfdarları ilə birlikdə andiçmə mərasimi üçün administrasiya binasına gəlib. Oraya çoxlu sayda polis də toplaşıb.

Qeyd edək ki, hazırda kənd icra hakimiyyətinin binasının girişi bağlıdır və buna görə də “Yaşamaq üçün ölkə” partiyasının tərəfdarları açılış mərasiminin keçirilməsi məqsədilə həyətdə tribuna yerləşdiriblər.

Bu gün David Minasyanın tərəfdarları da öz namizədinin inauqurasiya mərasimini keçirməlidirlər.