Ermənistanda oktyabrın 13-dən əhalinin siyahıya alınması başlayıb.
NOCOMMENT report-a istinadən xəbər verir ki, məlumatı “Novosti Armenia” yayıb.
Bildirilib ki, ölkədə əhalinin siyahıya alınmasının 2020-ci ildə keçirilməsi nəzərdə tutulmuşdu, ancaq pandemiya səbəbindən proses 2021-ci ilə keçirilmişdi.
Daha sonra Ermənistan hökuməti tədbirin 2022-ci ildə keçirilməsi haqqında qərar qəbul edib. Ölkə qanunlarına əsasən, əhalinin siyahıya alınması hər 10 ildən bir həyata keçirilir.
Siyahıyaalınma oktyabrın 22-də başa çatacaq.












