Füzulidə 3 hərbçinin qalıqları aşkar olundu

Füzulidə 3 hərbçinin qalıqları aşkar olundu

Ermənistanın axtarış qrupları Qarabağın azad olunmuş ərazilərində fəaliyyətlərini davam etdirirlər.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə qondarma ölkənin fövqəladə hallar xidmətinin sözçüsü Unan Tadevosyan məlumat yayıb.

Onun sözlərinə görə, axtarış qruplarından biri Füzuli rayonu ərazisində 3 hərbçinin qalıqlarını aşkar edib. Meyitlərin kimliyini müəyyən etmək üçün DNT analizləri götürülərək ekspertizaya göndərilib.

Bu günə qədər Qarabağda 1583 erməni hərbçinin cəsədi aşkar olunub.