Gənc ermənilər Gümrü yolunda öldülər

Gənc ermənilər Gümrü yolunda öldülər

İrəvan-Gümrü magistral yolunda dörd yeniyetmənin ölümü ilə nəticələnən dəhşətli avtomobil qəzası baş verib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, dünən saat 19 raddələrində İrəvan-Gümrü yolunun 67-ci kilometrliyində “Opel” markalı maşın yoldan çıxaraq bir neçə dəfə aşıb.

“Yol qəzası nəticəsində maşında olan 15 yaşlı sərnişinlər – Marat Xaçatryan və Yuri Abramyan hadisə yerindəcə keçiniblər. Sürücü və digər sərnişinlər – 15 yaşlı Edqar Qrigoryan və Sarkis Aleksanyan ağır xəsarətlərlə xəstəxanaya çatdırılsalar da, sonuncu ikisi orada ölüblər”, – deyə polisin məlumatında bildirilib.

Faktla bağlı araşdırma aparılır.