Tanınmış siyasətçinin oğlu İspaniyada VƏFAT ETDİ - FOTO

Tanınmış siyasətçinin oğlu İspaniyada VƏFAT ETDİ - FOTO

Türkiyənin Mardin vilayətinin Derik rayonunda CHP rayon təşkilatının sədri Mehmet Çaplıkın oğlu, 28 yaşlı Əziz Çaplık İspaniyada xəstəlik səbəbindən vəfat edib.

NOCOMMENT.az xəbər verir ki, 6 il əvvəl işləmək üçün Avropaya yollanan Əziz Çaplık mayın 19-da səhhətində yaranan problemlə əlaqədar Barselonadakı Vall d'Hebron Xəstəxanasına yerləşdirilib.

Həkimlər ona boyun şişi diaqnozu qoyublar.


Müalicəsinə baxmayaraq, gənc iyunun 11-də xəstəxanada dünyasını dəyişib.

Ailəsinin təşəbbüsü ilə bütün rəsmi prosedurlar tamamlandıqdan sonra Əziz Çaplıkın cənazəsi təyyarə ilə Türkiyəyə gətirilib.

Daha sonra qılınan cənazə namazının ardından Əziz Çaplık Derik rayonunun Bahçelievler məhəlləsində yerləşən Abdullah Akın qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində ailə üzvləri, yaxınları və çoxsaylı rayon sakinləri iştirak ediblər.


Mərasimdən sonra açıqlama verən ata Mehmet Çaplık oğlunun ailənin beş övladından ən böyüyü olduğunu bildirib.

"Oğlum cəmi 28 yaşında idi. Hələ subay idi. Əvvəl Almaniyaya işləməyə getmişdi, daha sonra İspaniyaya köçmüşdü. Onun itkisi ailəmizi dərindən sarsıdıb. Bu ağır günümüzdə yanımızda olan, dərdimizi bölüşən hər kəsə təşəkkür edirəm", – deyə o qeyd edib.

SARA
NOCOMMENT.az