Ötən gecə Gürcüstanın Ermənistanla sərhədi yaxınlığında (Sameba kəndi) silsilə zəlzələlər baş verib.
NOCOMMENT Sputnik Georgia-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.
3,7 bal gücündə ilk təkan yerli vaxtla dünən saat 23:42-də qeydə alınıb. Bundan sonra təkanların şiddəti artmağa başlayıb və ən güclüsü Tbilisi vaxtı ilə saat 05:44-də baş verib. Bu zəlzələ 5,1 bal gücündə olub.
Həmçinin “Anadolu” agentliyi məlumat verir ki, Gürcüstanın Türkiyə sərhədinə yaxın Ninotsminda bölgəsində gecə saatlarında 4,6 bal gücündə zəlzələ qeydə alınıb.
Dağıntılar barədə məlumat verilmir.











