İran yenə təkzib etdi: Rusiyaya PUA verməmişik…

İran yenə təkzib etdi: Rusiyaya PUA verməmişik…

İran Rusiyaya pilotsuz təyyarələr verməyib.

NOCOMMENT axar-a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmisi Nasir Kənani deyib.

“İranın Rusiyaya pilotsuz təyyarələr verməsi ilə bağlı dərc olunmuş xəbərlər siyasi ambisiyalara malikdir və Qərb mənbələri tərəfindən yayılır. Biz müharibə edən tərəflərin heç birinə silah verməmişik”, – deyə Kənani bildirib.

Qeyd edək ki, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da ötən gün Rusiyaya pilotsuz təyyarələr və kamikadze dronların verilmədiyini bildirmişdi. Lakin Ukraynada vurulan və İran istehsalı olan dronların görüntüləri hər gün sosial şəbəkələrdə yayılır.