İrəvanda bomba həyəcanı: Göy Məscid diqqət mərkəzində

İrəvanda bomba həyəcanı: Göy Məscid diqqət mərkəzində

Ermənistanın paytaxtı İrəvan şəhərinin mərkəzində yerləşən Göy məscidə partlayıcı qurğu qoyulması barədə məlumat daxil olub.

NOCOMMENT erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, həyəcan siqnalı ilə dərhal hadisə yerinə yanğından mühafizə qüvvələri və kinoloqlar cəlb olunublar.