Ermənistanın paytaxtı İrəvan şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə Davidaşen körpüsündə yaşanıb. Zəncirvari qəzada ümumilikdə 27 maşın toqquşub.
Hadisənin qatı duman və görmə məsafəsinin məhdudluğu səbəbindən baş verdiyi bildirilir. Qəza nəticəsində həlak olan yoxdur.
Hazırda ərazidə hərəkətin dayandırıldığı, yolların bağlandığı və xilasetmə qruplarının işlədiyi qeyd edilib.












