İrəvandakı hərbi attaşelər Müdafiə Nazirliyində toplaşdılar

İrəvandakı hərbi attaşelər Müdafiə Nazirliyində toplaşdılar

Xarici ölkələrin səfirliklərinin hərbi attaşeləri Ermənistan Müdafiə Nazirliyində toplaşıblar.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Dekabrın 21-də Müdafiə Nazirliyinin müdafiə siyasəti idarəsinin rəisi Levon Ayvazyan Ermənistanda akkreditə olunmuş hərbi attaşelərlə görüşüb.

İclasda cari ildə görülmüş işlərə yekun vurulub, attaşelərə təhlükəsizlik və müdafiə sahəsində aparılan islahatlar barədə məlumatlar təqdim edilib.

Qeyd olunub ki, 2023-cü ildə hərbi-siyasi sahədə daha dinamik əməkdaşlıq gözlənilir.