İsmayıllıda fəhlə torpaq uçqunu altında qalaraq öldü

İsmayıllıda fəhlə torpaq uçqunu altında qalaraq öldü

İsmayıllı rayonunun Zərgəran kəndində 1 nəfər torpaq uçqunu altında qalaraq ölüb.

Bu barədə NOCOMMENT FHN-ə istinadən xəbər verir.

Məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həyətyanı sahədə qazıntı işləri aparılarkən torpaq uçqunu baş verib və nəticədə orada fəhlə işləyən 1967-ci il təvəllüdlü Əliyev Vahid Dursunəli oğlu dərinliyi təqribən 4 metr olan çuxurda uçqun altında qalıb.

Xilasedicilər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb və V. Əliyevin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.