Kreml: Harada Saakaşvili varsa, orada sirk var

Kreml: Harada Saakaşvili varsa, orada sirk var

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin Batumidə olması və Tbilisiyə getməyə hazırlaşması ilə bağlı səsləndirdiyi bəyanata münasibət bildirib.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, D.Peskov deyib: “Saakaşvili harada varsa, orada sirk var. Vacib olan odur ki, bu sirk bu cənabın olduğu heç bir ölkənin vətəndaşları üçün təhlükə yaratmasın”.

O əlavə edib ki, Kreml hələlik Gürcüstanda vəziyyətin destabilizasiyası üçün heç bir risk görmür.

Daha əvvəl Saakaşvili oktyabrın 2-3 -də Tbilisiyə səfər edəcəyinin anonsunu vermişdi. O, kütlə içərisində olduğu zaman onu saxlaya bilməmələri üçün tərəfdarlarını toplaşmağa və böyük kolonlarla şəhərdə yürüş etməyə çağırmışdı.