Sumqayıt şəhərində suyun verilişində məhdudiyyət yaranıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə sakinlər məlumat verib.
Sakinlərin sözlərinə görə, şəhərin 18-ci mikrorayon ərazisində səhər saatlarından suyun verilişi dayandırılıb.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, su xəttində qəza baş verib:
"Hazırda su xəttində qəzanın aradan qaldırılması istiqamətində təmir və bərpa işləri görülür. Axşama doğru işlər yekunlaşdırılacaq, daha sonra suyun verilməsi mərhələli şəkildə bərpa ediləcək".\\oxu.az











