Abşeron rayonunda müxtəlif ünvanlarda törədilən oğurluq hadisələri ilə bağlı polis əməliyyatı keçirilib.
NOCOMMENT.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən Tural Heydərli, Səid Qasımov, Binyət Bayramlı, İsmayıl Xıdırov və Rasif Əliyev saxlanılıblar.
Araşdırmalar zamanı müəyyən olunub ki, saxlanılan şəxslər müxtəlif ərazilərdən ümumi dəyəri 19 min manat olan elektrik naqillərini oğurlayıblar. Onların həmçinin bir həyətyanı sahədən elektrik mühərrikləri və digər avadanlıqları da taladıqları üzə çıxıb.
Polisin keçirdiyi əlavə araşdırmalar zamanı Rasif Əliyevin rayon ərazisində fəaliyyət göstərən marketlərdən birindən tütün məmulatları, lotereya biletləri və pul oğurladığı da müəyyən edilib.
Faktlarla bağlı cinayət işi üzrə araşdırmalar davam etdirilir.











