Kürdəmirdə avtomobil körpüdən aşdı – Sürücü xəsarət aldı

Kürdəmirdə avtomobil körpüdən aşdı – Sürücü xəsarət aldı

Kürdəmir rayonunda yol qəzası baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, “VAZ-2107″ markalı avtomobilin sürücüsü Hüseynov Eldəniz Ramiz oğlu dönmə əməliyyatı edərkən onunla eyni istiqamətdə hərəkət edən rayon sakini Əhmədov Nicat Rafiq oğlunun idarə etdiyi “Hyundai” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə “Hyundai” körpüdən aşağı düşüb, sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.”Report”