Bu ilin yanvar-may aylarında Azərbaycana 186 ölkədən 871,7 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 11 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb
Məlumata görə, gələnlərin 27,2 %-i Rusiya, 22 % i Türkiyə, 8,4 %-i İran, 5 %-i Gürcüstan, 4,5 %-i Qazaxıstan, 3,2 %-i Özbəkistan, 2,9 %-i Hindistan, 2,7 %-i Pakistan, 2,3 %-i Çin, 2 %-i İsrail, 1,8 %-i Səudiyyə Ərəbistanı, 1,6 %-i Ukrayna, 1,4 %-i Türkmənistan, hər birindən 1,1 % olmaqla Almaniya və Böyük Britaniya, 12,8 %-i digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub, 69,6 %-ni kişilər, 30,4 %-ni qadınlar təşkil edib.
1 il əvvələ nisbətən Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 13,3 % artaraq 44,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,0 % artaraq 336,5 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 31,6 % azalaraq 105,2 min nəfər, digər ölkələrdən gələnlərin sayı 16,2 % azalaraq 385,8 min nəfər olub.
Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 70 %-i hava, 28,5 %-i dəmir yolu və avtomobil, 1,5 %-i isə dəniz nəqliyyatından istifadə edib.
Hesabat dövründə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı isə illik müqayisədə 6,3 % azalaraq 756,6 min nəfər təşkil edib. Vətəndaşların 40,7 %-i Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 % çox), 17,3 %-i Rusiyaya (1,3 % az), 11,2 %-i Gürcüstana (4,4 % az), 7,1 %-i İrana (39,7 % az), 23,7 %-i isə digər ölkələrə (11,3 % az) gedib, gedənlərin 67,3 %-i kişilər, 32,7 %-i qadınlar olub.
Xaricə gedənlərin 69,6 %-i hava, 28,3 %-i dəmir yolu və avtomobil, 2,1 %-i isə dəniz nəqliyyatından istifadə edib.











