Türkiyənin İstanbul şəhərində Adalar Bələdiyyəsini hədəf alan genişmiqyaslı korrupsiya əməliyyatı keçirilib.
NOCOMMENT.az xəbər verir ki, İstanbul Anadolu Baş Prokurorluğunun başladığı istintaq çərçivəsində bələdiyyə rəhbərliyi və əməkdaşlarının rüşvət müqabilində qanunsuz tikintilərə icazə verdiyi, lisenziyalaşdırma proseslərində saxtakarlığa yol verdiyi iddia olunur.

Ali Ercan Akpolat
İstanbul, Kocaeli, Rize və Sivas vilayətlərində 90 ünvana eyni vaxtda keçirilən əməliyyat nəticəsində Adalar Bələdiyyəsinin sədri Əli Ercan Akpolat da daxil olmaqla 41 nəfər saxlanılıb. Ümumilikdə 47 şübhəli barəsində həbs qərarı verildiyi bildirilib.
İstintaq materiallarına əsasən, tarixi və arxeoloji əhəmiyyət daşıyan Adalar bölgəsində bəzi tikinti və təmir işlərinə rüşvət qarşılığında qanunsuz icazələr verilib, lisenziyasız obyektlərə göz yumulub.
Şübhəlilər rüşvətxorluq, mənimsəmə, rəsmi sənədlərin saxtalaşdırılması, cinayətkar təşkilat yaratmaq, vəzifə səlahiyyətlərindən sui-istifadə və mədəni irsin qorunması haqqında qanunu pozmaqda ittiham olunurlar.

Mustafa Turqut
Eyni gün Mersinin Silifke rayon bələdiyyəsində də əməliyyat keçirilib. Əməliyyat zamanı Silifke Bələdiyyəsinin sədri Mustafa Turqut və bir sıra digər şəxslər saxlanılıb. Hər iki istintaq üzrə araşdırmalar davam edir.
Sara
NOCOMMENT.az











