Millət vəkili: Bu, Qarabağda ilk universitet olacaq

Millət vəkili: Bu, Qarabağda ilk universitet olacaq

“Ağdam şəhərində Qarabağ Universitetinin yaradılması tarixi hadisədir. Bu, Qarabağda yaradılacaq ilk universitet olacaq”.
 
NOCOMMENT.az -ın məlumatına görə, bunu millət vəkili Fatma Yıldırım deyib.
Millət vəkili bildirib ki, Ağdam şəhərində Qarabağ Universitetinin yaradılması böyük əhəmiyyət kəsb edir:
“Bu universitet ilk növbədə Qarabağ bölgəsinin inkişafı üçün kadr potensialı yetişdirməklə regiona öz tövhəsini verəcək. Bu səbəbdən də ​ ixtisaslar bölgənin spesifikasına uyğun formada müəyyənləşdirilməlidir. Ən başlıcası isə universitetə xarici ölkələrdən də təhsil almaq üçün tələbələr cəlb olunmalıdır. Bunun üçün isə universitetin maddi-texniki bazası ən son texnologiyalar əsasında qurulmalı, peşəkar professor-müəllim heyəti formalaşdırılmalıdır. Türkiyə və Avropa ölkələrində təhsil alan yüksəkixtisaslı kadrlara-vətəndaşlarımıza üstünlük verilməlidir”.
F.Yıldırım qeyd edib ki, eyni zamanda Qarabağ​ Universitetinin beynəlxalq əlaqələri yüksək səviyyədə qurulmalıdır:
“Bu amil Qarabağ Universitetinin dünyada tanınması üçün vacib məqamlardan ola bilər”.
Bakupost