ABŞ Prezidenti Donald Trampın dünya liderləri ilə görüşləri zamanı nümayiş etdirdiyi qeyri-adi bədən dili və əl sıxma taktikaları növbəti dəfə qlobal medianın gündəminə çevrilib. Bu dəfə Trampın hədəfində Fransa prezidentinin xanımı Brijit Makron olub.
NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, rəsmi qarşılanma mərasimi zamanı Donald Tramp və Brijit Makron arasındakı əl sıxma prosesi düz 13 saniyə davam edib.
Siyasi ekspertlər və bədən dili mütəxəssisləri bu qeyri-adi dərəcədə uzun sürən salamlaşmanı Trampın növbəti "qeyri-verbal dominantlıq" (sözsüz üstünlük nümayişi) cəhdi kimi qiymətləndiriblər. Adətən ABŞ lideri bu cür aqressiv "əlçəkmə" taktikalarını xarici ölkələrin rəhbərlərinə qarşı tətbiq etsə də, onun ilk dəfə bir qadına qarşı oxşar bədən dilindən istifadə etməsi xüsusi diqqət çəkib.
Məsələnin digər səs-küylü tərəfi isə sosial şəbəkələrdə və mediada bu hadisənin fonunda yayılan iddialardır. Belə ki, amerikalı tanınmış jurnalist Kendis Ouens (Candice Owens) bir müddət əvvəl sensasiyalı araşdırmanın başa çatdığını bəyan edərək, Brijit Makronun cinsiyyəti ilə bağlı ortaya atılan iddiaların "heç bir şübhə doğurmadığını" və onun əslində kişi olduğunu iddia etmişdi. Siyasi şərhçilər və sosial şəbəkə istifadəçiləri Trampın məhz bu iddialardan sonra xanım Makrona qarşı sərt və kişi liderlərə məxsus formada "güc nümayişi" etdiyini ironiya ilə qeyd edirlər.
Xatırladaq ki, Rusiya qanunvericiliyinə əsasən, beynəlxalq LGBT hərəkatı ekstremist fəaliyyət hesab olunur və ölkə ərazisində rəsmən qadağan edilib.
Sara,
NOCOMMENT.az










