MN ermənilərin iddiasını təkzib etdi

MN ermənilərin iddiasını təkzib etdi

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya dekabrın 20-də saat 00:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir.

Bu barədə NOCOMMENT-ə Müdafiə Nazirliyindən məlumat verilib.

“Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – deyə nazirlikdən bildirilib.