Nazir: Ermənistanda hərbi toplanışa çağırış məcburi olacaq

Nazir: Ermənistanda hərbi toplanışa çağırış məcburi olacaq

Biz üç aylıq toplanışlardan imtina edirik, onlar artıq 25 günlük olur, lakin Ermənistanda hərbi xidmətə cəlb olunanların hamısı üçün məcburidir.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu oktyabrın 13-də hökumətin iclasında Ermənistanın müdafiə naziri Suren Papikyan bildirib.

O izah edib ki, real xidmət müddəti 21 gün olacaq, qalan dörd gün isə təşkilati işlərə sərf olunacaq. Nazirin sözlərinə görə, hərbi toplanışa çağırılan hər bir vətəndaş 7 gün təlim keçəcək, 14 gün ərzində döyüş növbətçiliyini yerinə yetirməyi öyrənəcək.

“Sərəncam tezliklə təqdim olunacaq, bu barədə əlavə məlumat verəcəyik. Biz vətəndaşlara müddət seçmək imkanı yaradacağıq”, – deyə nazir vurğulayıb.