4 il əvvəl müəmmalı şəkildə yoxa çıxmışdı: 19 yaşlı qız sağ tapıldı

4 il əvvəl müəmmalı şəkildə yoxa çıxmışdı: 19 yaşlı qız sağ tapıldı

ABŞ-ın Viskonsin ştatının Miluoki şəhərində təxminən dörd il əvvəl itkin düşən 19 yaşlı Coniya Uoker sağ tapılıb.

NOCOMMENT.az xəbər verir ki, Coniya Uoker 2022-ci il iyunun 23-də evdən çıxdıqdan sonra müəmmalı şəkildə yoxa çıxmışdı. Həmin gün anası işə gedərkən qızı yataqda idi. Gün ərzində onunla bir neçə dəfə telefon əlaqəsi saxlansa da, sonradan zənglərə cavab verməyib. Elə həmin gün atası ilə görüşməli olsa da, görüşə gəlməyib.

Müşahidə kameralarının görüntülərində saat 14:30 radələrində Uokerin böyük bel çantası ilə evi tərk etdiyi əks olunub. Bundan sonra onun taleyi barədə uzun müddət heç bir məlumat əldə olunmayıb.

ABŞ polisi itkin düşən gənc qızın sağ tapıldığını təsdiqləyib. Məlumata görə, onun səhhətində hər hansı problem aşkarlanmayıb.

Hüquq-mühafizə orqanları Coniya Uokerin əslində bu ilin may ayında tapıldığını, lakin bu barədə məlumatın yalnız indi ictimaiyyətə açıqladığını bildirib.

Qızın son dörd il ərzində harada olduğu isə hələlik açıqlanmır. Publika.az