Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan və iki qızı məhkəməyə çağırılıblar.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyindən bildirilib.
S.Sarkisyan və qızları – Anuş və Satenik qanunsuz yolla əldə edilmiş əmlakla bağlı iş üzrə nahardan sonra Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə dəvət olunublar. Maraqlıdır ki, həmin iş üzrə, amma nahardan əvvəl eks-prezidentin qardaşı oğlu Narek Sarkisyan və onun həyat yoldaşı Anna Nikoyan da məhkəməyə çağırılıblar.
Onların məhkəməyə çağırılması tələbini Baş Prokurorluq irəli sürüb.
Məhkəmə prosesi yanvarın 19-da baş tutacaq. Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi xatırladıb ki, məhkəmə iclasına gəlməmək işə baxılmasına maneə deyil.












