İrəvanda Qarabağlı ürək patologiyası olan xəstə uğurla əməliyyat edilib.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Onun koronar şuntlama əməliyyatı (şantların köməyi ilə tac damarının daralmasını yan keçməklə ürəyin damarlarında qan axını bərpa etməyə imkan verən əməliyyat) olunduğu qeyd edilib.
Xəstə reanimasiyadadır və vəziyyətinin stabil olduğu bildirilir.
Xatırladaq ki, dekabrın 19-da 62 yaşlı kişi Beynəlxalq Qızıl Xaç Komitəsinin müşayiəti ilə Xankəndidən Laçın dəhlizi ilə təcili yardım maşınında İrəvana aparılmışdı.












