Qazaxda 21 yaşlı gənci qətlə yetirən şəxs tutulub.
NOCOMMENT.az-ın məlumatına görə, hadisəni rayon sakini 2000-ci il təvəllüdlü Nəsimi İsmayılov törədub.
O, Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin ifadəsində o, N.Mansurovu mühafizəçisi olduğu obyektə oğurluğa gəldiyinə görə öldürdüyünü bildirib.
Faktla bağlı Qazax rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
***
22:12
Qazax rayonunda gənc oğlan bıçaqlanaraq qətlə yetirilib.
NOCOMMENT.az-ın məlumatına görə, Qazax rayon İkinci Şıxlı kənd sakini, 1999-cu il təvəllüdlü Mansurov Novruz Ferruz oğlu mübahisə zəminində ürəyə yaxın nahiyədən bıçaqlanıb. O, bir bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Yaralıya həkimlər tərəfindən tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi məlum deyil.
Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırmalara başlanılıb./report












