Martın 15-dən Gürcüstanda koronavirusa görə tətbiq edilən bir sıra məhdudiyyətlər aradan qaldırılacaq.
NOCOMMENT.az xəbər verir ki, Gürcüstanda sabahdan etibarən idman zalları və fitnes mərkəzləri açılır. Eyni zamanda ali təhsil müəssisələrində tam əyani təhsil başlayır.
Teatrlar və idman klubları sabahdan fəaliyyətlərini bərpa edirlər. / Axar.az












