Qubada bədbəxt hadisə – Fəhlə işlədiyi binadan yıxılaraq öldü

Qubada bədbəxt hadisə – Fəhlə işlədiyi binadan yıxılaraq öldü

Quba rayonunda fəhlə işlədiyi binada faciəvi şəkildə ölüb.

NOCOMMENT.az-ın verdiyi məlumata görə, bədbəxt hadisə şəhərin Əliqulu Nərimanov küçəsində qeydə alınıb.

İlkin məlumata görə, tikilidə fəhlə işləyən Quba şəhər sakini,1967-ci il təvəllüdlü Elman Məcnun oğlu Abbasov yıxılaraq ölüb.

Hadisə yerinə Quba Rayon Prokurorluğunun əməkdaşları gələrək zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirir.

Qeyd edək ki, bir neçə ay bundan öncə də həmin binada fəhlə elektrik enerjisi vurması səbəbindən ölüb.