Rəsmi Tiflisdən İTTİHAM: Saakaşvili dövlət çevrilişinə cəhd edib

Rəsmi Tiflisdən İTTİHAM: Saakaşvili dövlət çevrilişinə cəhd edib

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze Mixeil Saakaşvilini dövlət çevrilişinə cəhddə ittiham edib.

NOCOMMENT Sputnik Georgia-ya istinadən xəbər verir ki, Kobaxidze eks-prezidentin bu cəhdlərinin baş tutmadığını əlavə edib.

“O, Gürcüstana dövlət çevrilişinə cəhd hədələrini reallaşdırmaq və iğtişaşlar törətmək üçün gəlib. Hüquq-mühafizə orqanları yeni cinayətin qarşısını almaq üçün bütün müvafiq addımları atıblar”, – deyə Kobaxidze açıqlama verib.