Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisi ölkədə hərbi xidmətdən və təlim-məşq toplanışlarından yayınan şəxslərin müəyyən edilməsi istiqamətində fəaliyyətini kəskin şəkildə artırıb.
NOCOMMENT.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisi ölkənin sərhəd-keçid məntəqələrində xidmət rejimini gücləndirib.
Məlumata görə, gücləndirilmiş iş rejiminin tətbiq edilməsində əsas məqsəd hərbi xidmətdən və ordu sıralarından yayınan şəxslərin (fərarilərin) sərhəddə aşkarlanaraq saxlanılmasıdır. Sərhəd məntəqələrində tutulan həmin şəxslərin dərhal müvafiq hərbi təlim toplanışlarına göndərilməsi təmin edilir.
SARA,
NOCOMMENT.az











