Türkiyə ordusu daha 4 terrorçunu məhv edib

Türkiyə ordusu daha 4 terrorçunu məhv edib

Türkiyə ordusunun bölmələri daha bir neçə terrorçunu zərərsizləşdirib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, “Barış Pınarı” əməliyyat zonasına daxil olmağa çalışan 4 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Hərbçilər arasında itki yoxdur.