Türkiyə Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatları (PUA) Türkiyə-Ermənistan sərhədində nəzarət uçuşları keçirib.
NOCOMMENT xəbər verir ki, bu barədə məlumat “Twitter”də yayılıb. Nəzarət uçuşlarına adi PUA-larla yanaşı, silahlı PUA-lar da qatılıb.
Qeyd edək ki, Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyaya məxsus 102 saylı hərbi bazasının helikopterləri iki gündür Ermənistan-Türkiyə sərhədi boyu keşikçi uçuşları həyata keçirirlər.













