Türkiyədə bahar cəmi bir ay olacaq

Türkiyədə bahar cəmi bir ay olacaq

Türkiyədə martın ortaları yaxınlaşsa da, soyuq, yağışlı, qarlı hava hələ də davam edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə meteoroloq professor Orxan Şən CNN-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, artıq Türkiyədə bahar cəmi bir ay olacaq:

“Bu ilk dəfə deyil. 1853-cü ildə də dünyada belə hadisə olub. Bu, əhəmiyyətli hadisədir, amma qlobal istiləşmə ilə qarışdırılmamalıdır.

Bizdə qış havasıdır, qış davam edir və hələ davam edəcək. Mart ayının belə keçəcəyi gözlənilir”.

Professor qeyd edib ki, iqlim dəyişikliyi yaz aylarını ortadan qaldırıb.
Modern.az