Bu gün Türkiyənin Artvin vilayətinin Yusifeli rayonunun Dərəiçi kəndində bir evdə baş verən yanğın küləyin təsiri ilə ətrafdakı digər evlərə də keçib.
NOCOMMENT.az xəbər verir ki, Türkiyə daxili işlər nazirinin müavini İsmail Çataklı kəndin böyük bir hissəsinin təhlükə altında olduğunu açıqlayıb.
Dərəiçi kəndinin muxtarı Səbri Duman fəlakətlə üzləşdiklərini, hazırda 170 evin olduğu kənddə 50-yə yaxın evin yandığını bildirib.
Yanğının söndürülməsinə yanğınsöndürənlərin cəlb edilməsi ilə yanaşı bir helikopter də istənilib.












