Türkiyənin Rize, Ordu, Giresun, Trabzon və Artvin şəhərlərində şiddətli yağışların yağması gözlənilir.
NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) xəbərdarlıq edib.
“Ani sel, su basması və ildırım vurması təhlükələrinə qarşı tədbirli olun”, – deyə məlumatda bildirilib.
Qeyd edək ki, Qara dəniz sahillərində yerləşən Sinop, Bartın və Kastamonu şəhərlərində leysan yağışları səbəbindən əmələ gələn sel dağıntılara səbəb olub, 27 insan həyatını itirib.












