Türkiyədə sel qurbanlarının sayı açıqlandı

Türkiyədə sel qurbanlarının sayı açıqlandı

Türkiyənin Qərbi Qara dəniz bölgəsində yaşanan sel fəlakətinin qurbanlarının sayı artıb.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) sel fəlakəti ilə bağlı yeni məlumatlar açıqlayıb.

Məlumata əsasən, sel nəticəsində Kastamonu, Sinop və Bartında həlak olanların sayı 77-yə çatıb. Bildirilir ki, Kastamonuda 62, Sinopda 14, Bartında isə 1 nəfər selin qurbanı olub.

Daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seldən zərər görmüş bölgəyə səfər edib.