Xaçmazda dənizdə batan şəxsin kimliyi məlum oldu – YENİLƏNİB

Xaçmazda dənizdə batan şəxsin kimliyi məlum oldu – YENİLƏNİB

Xaçmazda dənizdə boğulan kişinin şəxsiyyəti müəyyənləşdirilib.

NOCOMMENT.az-ın məlumatına görə, onun rayona istirahət üçün gələn Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Əhməd Zeynal oğlu Rufullayev olduğu məlum olub.

Qeyd edək ki, hadisə İstisu qəsəbəsinin sahilində qeydə alınıb.

Hadisə yerinə Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) və rayon prokurorluğunun əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

***

18:34

Xaçmazda bir kişi dənizdə batıb.

NOCOMMENT.az-ın məlumatına görə, hadisə İstisu qəsəbəsinin sahilində qeydə alınıb.

Təxminən yaşı 50-55 olan kişinin meyiti sudan çıxarılıb, onun şəxsiyyəti dəqiqləşdirilir.

Hadisə yerinə Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır./”Report”