Azərbaycanın sülhməramlı qüvvələrin müvəqqəti nəzarəti altında olan Xankəndi şəhərində Azərbaycan dilinin tədrisinə başlanılıb.
NOCOMMENT.az xəbər verir ki, Azərbaycanşünaslıq Mərkəzi yerli universitetin nəznində fəaliyyət göstərəcək.
İlk mərhələdə 10-dan artıq Xankəndi sakini Azərbaycan dilini pulsuz öyrənə biləcək. 6 ay davam edəcək kursların yaxın perspektivdə genişləndirilməsi nəzərdə tutulur.
Azərbaycan dilinin sülhməramlıların nəzarəti altında olan digər şəhər və kəndlərdə təşkil olunması da müzakirə edilir.













