Yevlaxda hamilə qadını maşın vurdu

Yevlaxda hamilə qadını maşın vurdu

Yevlax şəhərində piyadanı maşın vurub.

NOCOMMENT.az-ın məlumatına görə, hadisə 2 saylı orta məktəbin yaxınlığında baş verib. Minik avtomobili 2003-cü il təvəllüdlü, rayon sakini Qasımova Səma İman qızını vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. Onun hamilə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.