Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı artmaqda davam edir.
NOCOMMENT.az xəbər verir ki, Türkiyə səhiyyə naziri Fahrettin Kocanın verdiyi məlumata görə ölənlərin sayı1651 nəfərə çatıb.
Məlumata görə hadisə zamanı1 119 nəfər isə yaralanıb.
Qeyd edək ki, Türkiyədə baş verən 7,7 bal gücündə zəlzələ Qaziantep, Kahramanmaraş, Malatya, Hatay, Diyarbəkir, Kilis, Adana, Adıyaman, Osmaniye və Şanlıurfa başda olmaqla bir çox şəhərdə hiss olunub.












