Reuters: Ukrayna G20 sammitində Braziliyanı Putini həbs etməyə çağırıbbackend

Reuters: Ukrayna G20 sammitində Braziliyanı Putini həbs etməyə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Braziliya hakimiyyətini Rusiya lideri Vladimir Putinin Rio-de-Janeyroda keçiriləcək G20 sammitində iştirak edəcəyi təqdirdə onu həbs etməyə çağırıb.

NOCOMMENT.az xəbər verir ki, bunu Ukraynanın baş prokuroru Andrey Kostin Reuters-ə bildirib.

“Bir daha demək istəyirəm ki, Braziliya Roma Nizamnaməsinə üzv olan ölkə kimi onu həbs etməyə borcludur”, – deyə o vurğulayıb.

Agentliyin məlumatına görə, Braziliya noyabrın 18-19-da Rio-de-Janeyroda keçiriləcək G20-nin görüşünə Putinə standart dəvət göndərib, lakin hələ də cavab almayıb.

Bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyi də Türkmənistanı Aşqabada işgüzar səfərə gələn Putini həbs etməyə çağırıb.