RİH-də daha bir dəyişiklik – İcra başçısı onu işdən azad etdi – FOTObackend

RİH-də daha bir dəyişiklik – İcra başçısı onu işdən azad etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şahbalayev Ruslan Teymur oğlu Quba şəhər inzibati Ərazi Üzrə Nümayəndəliyindən çıxarılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə icra başçısı İlqar Mahmudov əmr imzalayıb.

İcra başçısının digər əmrinə əsasən, Rüstəm Məmmədov başçının köməkçisi vəzifəsindən azad olunaraq Ruslan Sahbalayevin yerinə -başçının Quba şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi təyin edilib.

Xatırladaq ki, ötən ilin may ayında Ruslan Şahbalayevin rüşvət aldığı iddia edilən gizli çəkilmiş görüntüləri yayılmışdı. Videoda onun Elxan adlı şəxsə torpaq alqı-satqısı ilə bağlı vasitəçilik etdiyi, sövdələşmənin sonunda isə 50 min manat aldığı iddia olunurdu. Quba RİH isə açıqlamasında bunun 2019-cu ildə baş tutmamış torpaq alqı-satqısı ilə bağlı qaytarılan vəsait olduğunu bildirmişdi.

Turab

NOCOMMENT.az