Robert Köçəryanın oğlu saxlanıldı – VİDEObackend

Robert Köçəryanın oğlu saxlanıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhərdən İrəvanın mərkəzində Müqavimət hərəkatı baş nazir Nikol Paşinyanın istefası tələbilə etiraz aksiyalarını bərpa edib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, İrəvanın müxtəlif yerlərində etirazçılar küçələri bağlayıblar.

Məlumata görə, Maştots prospektindən hava limanına gedən yol bağlanıb. Polis hərəkəti bərpa etməyə çalışır.

Aksiya iştirakçıları arasında saxlanılanlar var. Saryan küçəsində Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan da saxlanılıb.

Saxlanılan şəxslər “Nikol satqındır” şüarları səsləndirirlər.