Ronaldu Səudiyyə Ərəbistanında həbs oluna bilərbackend

Ronaldu Səudiyyə Ərəbistanında həbs oluna bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanında həbs oluna bilər.

NOCOMMENT.az xəbər verir ki, 38 yaşlı hücumçu Ərəb Çempionlar Kubokunun yarımfinalında İraqın “Əl-Şorta” klubuna 1:0 hesabı ilə qalib gəldikləri matç zamanı qol sevincinə görə problemlə üzləşib.

Portuqaliyalı forvard penaltidən fərqləndikdən sonra xaç çəkib. Səudiyyə Ərəbistanında xristian inancı ilə bağlı jestlərin açıq nümayişi cinayət sayılır.

Bununla belə, Ronaldunun həbs olunma ehtimalının az olduğu da qeyd edilir. Portuqaliyalıya gələcəkdə bunu etməmək üçün sadəcə xəbərdarlıq ediləcəyi bildirilir./Oxu.az