Rövnəq Abdullayev xəstəxanaya yerləşdirildibackend

Rövnəq Abdullayev xəstəxanaya yerləşdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti toplantısının keçiriləcəyi barədə məlumat vermişdik. Toplantı yanvarın 11-də Gəncədə keçirilməli idi.

Amma 3 saat sonra federasiyanın rəsmi saytı iclasın təxirə salındığını açıqlayıb. Səbəblər barədə məlumat verilməyib.

NOCOMMENT.az xəbər verir ki, publika.az-ın əldə etdiyi məlumata görə, toplantı AFFA prezidenti Rövnəq Abdullayevə görə baş tutmayıb. Belə ki, Abdullayevin səhhəti qəfildən pisləşib və o, xəstəxanaya yerləşdirilib.

Onun indi özəl klinikalardan birində həkim nəzarətində olduğu bildirilir.