Rus kanalından Bakıya qarşı növbəti təxribat – VİDEObackend

Rus kanalından Bakıya qarşı növbəti təxribat – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “Birinci” kanalının ardınca “Rossiya 24” dövlət telekanalı Bakıya qarşı növbəti təxribat dolu reportaj yayımlayıb.

NOCOMMENT-in axar-a istinadən məlumatına əsasən, telekanalın Ermənistanla bağlı reportajında Azərbaycana qarşı əsassız ittihamlar irəli sürülüb.

Süjetdə danışan erməni əsilli rusiyalı ekspertlər Semyon Baqdasarov və Ayk Xalatyan Azərbaycanın milli maraqlarına tam zidd olan absurd fikirlər səsləndirib.

Süjetdə həmçinin qeyd olunur ki, guya Azərbaycan tərəflər arasındakı bütün razılaşmaları pozur və hətta “Amerika ilə əlbir olaraq Rusiyaya qarşı çıxır”.

Rusiya kanalı reallığı bir kənara qoyaraq (əslində məhz İrəvan bütün dünyanın gözü önundə Rusiyanı Qərbin vədlərinə satıb. Məhz Ermənistanda bu günə qədər Soros fondu ən böyük fond olaraq fəaliyyət göstərir, məhz İrəvanda dünyanın ən böyük Amerika səfirliyi yerləşir, məhz Ermənistanda ABŞ-ın böyük biolabaratoriyaları dayanmadan çalışır. Məhz İrəvanın təkidi ilə Azərbaycan ilə sərhəddə AB missiyası və ATƏT hərbi müşahidəçiləri yerləşdirilib) Azərbaycanı günahlandırmaq istəyir.