Rus mediası: Araik Arutyunyan Qarabağdan qaçdıbackend

Rus mediası: Araik Arutyunyan Qarabağdan qaçdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qondarma Dağlıq Qarabağ Respublikasının (DQR) prezidenti Araik Arutyunyan münaqişə bölgəsindən qaçıb.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb. Bildirilir ki, Arutyunyan hazırda Ermənistandadır.

Separatçı rejimin rəhbərinin özü də sosial şəbəkədə Ermənistana köçdüyünü qeyd eədərk, “Əziz Artsax vətəndaşları, müvəqqəti olaraq Ermənistan Respublikasına köçdük”, – deyə bildirmişdi.

Dünən “DQR” hökumətinin Ermənistana köçürüldüyü barədə məlumat yayılmışdı. Həmçinin qondarma rejimin inzibati mərkəzi olan Xankəndi şəhərinin də artıq boşaldığı barədə məlumatlar var.