Rus millətçi yazıçının maşınına bombalı hücumbackend

Rus millətçi yazıçının maşınına bombalı hücum

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada “Həqiqət üçün ədalətli Rusiya” partiyasının həmsədri, yazıçı Yevgeni Prilepin avtomobilində partlayıcı qurğunun partlaması nəticəsində yaralanıb.

NOCOMMENT.az xəbər verir ki, Nijni Novqorod şəhəri yaxınlığındakı kənddə Prilepinin avtomobilində partlayış baş verib.

Partlayış zamanı “Zahar” ləqəbindən istifadə edən Prilepin yaralanıb, avtomobilin sürücüsü isə dünyasını dəyişib.

Prilepinin həyatı üçün təhlükə olmadığı bildirilib.

İlkin məlumatlara görə, hadisə maşının altına yerləşdirilən bombanın partlaması nəticəsində baş verib.

NOCOMMENT.AZ