Rus ordusu döyüş meydanında niyə acizdir?backend

Rus ordusu döyüş meydanında niyə acizdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dörd gündür davam edən Ukrayna-Rusiya müharibəsində rus ordusu gözlənilən uğuru əldə edə bilməyib. Siyasi analitiklərin fikrincə, rus ordusu sovetdən qalma, ukraynalılar isə müasir silahlarla döyüşür.

NOCOMMENT xəbər verir ki, “M5 Müdafiə və Strategiya” jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Ruslan İmamquliyev Rusiya-Ukrayna müharibəsinin mövcud vəziyyəti üzrə analizlərini yenisabah-la bölüşüb: “Rusiyanın hücum edən və Ukraynanın müdafiə olunan tərəf olduğunu, iqlim, ərazi, süni əngəllər, qüvvə nisbətini nəzərə alaraq, deyə bilərəm ki, əməliyyatları davam etdirə bilmək üçün Rusiyanın əlavə qoşunlar cəlb etməsinə ehtiyac var.

Amma mövcud vəziyyətdə ölkədaxili etirazlara görə bunu etməsi qeyri-mümkün görünür. Hətta o, KTMT-yə üzv dövlətlərdən dəstək almaq istəyə bilər.

Rusiyanın hücum əməliyyatlarının ilk günündə havada üstünlük qazana bilməməsi əməliyyatların gedişatını dəyişib. Rus qoşunlarının döyüş sahəsində iri kolonlarla hərəkət etməsi daha öncədən hava üstünlüyünün onlarda olacağına qəti əminliyə bağlıdır.

Amma bu faktor üzərində yalnış hesablama rus birləşmələrinin döyüşə qatılmazdan əvvəl məhv edilməsi ilə nəticələnib”.

Hərbi ekspert əlavə edib: “Ukraynanın NATO kəşfiyyat məlumatları ilə dəstəklənməsi önəmli bir üstünlükdür. Rus ordusunun geniş cəbhədə idarə olunması tamamilə nəzarətdən çıxmış vəziyyətdədir. Həmçinin, NATO-nun radio-elektron mübarizədə verdiyi dəstəklə Rusiya qoşunları imkanı ciddi dərəcədə məhdudlaşdırılıb.

İnformasiya müharibəsində üstünlük Ukraynanın lehinədir və nəzarətli şəkildə idarə olunur. Ukrayna prezidentinin yaxın ətrafı və generalları ilə bərabər döyüş meydanında olması və bunu KİV-lə göstərə bilməsi psixoloji müharibədə tam üstünlükdür”.