Rus polkovnik İrəvanı hədələdi: Bu, sizə yaxşı heç nə gətirməyəcəkbackend

Rus polkovnik İrəvanı hədələdi: Bu, sizə yaxşı heç nə gətirməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Peteburqda keçirilən üçtərəfli qeyri-rəsmi görüşündə Laçın yolu ətrafındakı vəziyyət bir nömrəli mövzu olub”.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, Rusiya ordusunun ehtiyatda olan polkovniki İqor Korotçenko “Vestnik Kavkaz”a açıqlamasında deyib.

“Təbii ki, üç ölkənin liderləri ümumilikdə Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsi, 10 noyabr bəyanatının icrası və bundan sonrakı razılaşmaları müzakirə ediblər. Düşünürəm ki, Rusiya prezidenti bu fürsətdən istifadə edərək daha adekvat mövqe tutmağa sövq etmək üçün növbəti dəfə İrəvana konstruktiv təsir göstərməyə çalışıb”, – deyə ekspert bildirib.

Korotçenko qeyd edib ki, bu, xüsusilə Paşinyanın özünün, Ermənistan parlamentinin spikeri Alen Simonyan və xarici işlər naziri Ararat Mirzoyanın bir neçə gün əvvəl açıq şəkildə Moskvaya xoş gəlməyən açıqlamaları fonunda çox vacibdir: “Ermənistan rəhbərliyinin ritorikası Moskva ilə İrəvan arasında diplomatik etikaya və münasibətlərin prinsiplərinə uyğun gəlmir. Ona görə də bu gün bütün bu məsələlər Putin tərəfindən tənzimlənməli idi. Paşinyanı daha konstruktiv və reallıqlara uyğun davranmağa sövq etmək cəhdinin nə qədər uğurlu olduğunu söyləmək hələ çətindir”.

Ekspert diqqəti ona yönəldib ki, Ermənistan ilin sonuna qədər bütün sənədlər üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyib: “Heç nə edilməyib, sülh danışıqlarında ləngimələr, təxribatlar və yerlərdə silahlı hücumlar var, İrəvan siyasi cəhətdən qeyri-adekvat davranış nümayiş etdirir və Qərb ölkələrinə arxalanmağa çalışır. Qərbin xüsusi xidmət orqanlarının rəhbərlərinin – MKİ (ABŞ) və MI6-nın (Britaniya) direktorlarının Ermənistana səfərlərinin şahidi oluruq. Bu səfərlər təsadüfi deyil, Qərbin təsir mərkəzləri Ermənistanı Rusiyadan aralanmağa sövq edirlər, bu məqsədlə İrəvanla onlar arasında koordinasiyalı fəaliyyət var”.

Korotçenko hesab edir ki, bütün bunlar Ermənistanın 2023-cü ildəki siyasətinin hədəfləri və perspektivləri ilə bağlı Rusiyada müəyyən narahatlıqlar doğurur: “Sülh müqaviləsi razılaşdırılmayıb. Ermənistan Fransa, ATƏT və Avropa İttifaqının monitorinq missiyası kimi dağıdıcı qüvvələri işə salmağa çalışır. İrəvandan bölgəyə xarici hərbi kontingentlərin yeridilməsi ilə bağlı çağırışların artdığını görürük. Bu, artıq həm Ermənistanın siyasi isteblişmentində, həm də eskpert çevrələrində müzakirə olunur. Bu, təhlükəli tendensiyadır və bundan yaxşı heç nə gəlməyəcək. İrəvanın destruktiv davranışı ancaq Azərbaycanla yeni müharibəyə təhrik etmək ambisiyalarını qızışdıracaq”.