Paşinyan və komandasının ölümcül səhvi – Korotçenkobackend

Paşinyan və komandasının ölümcül səhvi – Korotçenko

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan XİN-in rəsmi nümayəndəsi Rusiya haqqında məzmun və məna baxımından tamamilə boş fikirlər səsləndirib. İrəvanı qıcıqlandıran odur ki, Kreml öz milli maraqlarına ziyan vurmaqla Ermənistan üçün odun içərisindən şabalıd çıxarmaq fikrində deyil. Rusiyaya dişlərini qıcaması Paşinyan və komandasının ölümcül səhvidir. Axı heç bir Fransa, ABŞ, AB, Hindistan, İran Ermənistanın problemlərini həll etməyəcək, onlar yalnız bundan istifadə edəcəklər.

NOCOMMENT.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

“Paşinyan siyasi vakumda deyil, erməni seçicilərin real əksəriyyəti onun arxasında dayanır. Bu o deməkdir ki, Rusiyaya qarşı iddialar Ermənistan vətəndaşlarının əksəriyyəti tərəfindən irəli sürülür. Bununla necə davranmalıyıq? Sakit. Biz “tarixi dostluq” və “qardaş xristian xalqı” haqqında bəyanatların qiymətini bilirik. Ona görə də indi Rusiya-Ermənistan münasibətlərinin sağlam praqmatizm üzərində qurulacağı və Kremlin tarixən kiməsə və nəyəsə borclu olması illüziyalarının aradan qalxacağı normaldır”, – Korotçenko bildirib.

Onun sözlərinə görə, Ermənistan Moskvanın diplomatik əlaqə saxladığı dövlətlərdən sadəcə biridir.

“Bizdə heç kim İrəvana qəsdən zərər yetirməyəcək. Hətta yaxşı mənada təşəkkür etməliyik ki, Kreml indi Cənubi Qafqaz regionunda baş verən bütün hadisələrə “erməni eynəyi” ilə baxmayacaq. Uzun müddətdir ki, bir çox lobbiçilər tərəfindən bu eynəkdə “əziyyət çəkən xalq” görüntüsü əks etdirilir. Ermənistan suveren dövlətdir, onun öz milli maraqları var. Amma Rusiyanın da milli maraqları var. Və biz onları yalançı ideologiyalar adına qurban verməməliyik və verməyəcəyik”, – o bildirib.

axar.az